"Real" Mbappenin transferini rəsmən açıqladı

Kilian Mbappe rəsmən "Real"ın futbolçusudur.

Sportline.az xəbər verir ki, Madrid klubunun rəsmi saytı bununla bağlı məlumat yayıb.

Fransalı ulduzla 2029-cu ilədək müqavilə bağlanılıb.

Xatırladaq ki, 25 yaşlı hücumçu 2018-ci ildə "Monalo"dan PSJ-yə transfer olunmuşdu.

Mbappe Paris klubundakı karyerası ərzində 306 oyunda 255 qol və 108 asist müəllifidir.