"Real" məşqləri bərpa edir

İspaniyada koronavirusun geniş yayılmasına baxmayaraq, “Real” məşqləri bərpa etməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Bildirilir ki, hazırda məşqin vaxtı dəqiqləşdirilir. Tibbi xidmətin futbolçuların təhlükəsizliyini qorumaq üçün qaydalar hazırladığı qeyd edilib.

Qeyd edək ki, hazırda İspaniyada 163 min 27 nəfər koronavirusa yoluxub. Bu, dünyada ikinci göstəricidir.