"Real" müdafiəçisi ilə müqaviləni yeniləyəcək

"Real" rəhbərliyi Ferlan Mendi ilə bağlı qərar gəlib.

Sportline.az xəbər verir ki, madridlilər onunla müqavilənin müddətini uzatmaq niyyətindədirlər.

Bu haqda "Marca" nəşri məlumat yayıb.

Mənbənin yaydığı məlumata görə, 28 yaşlı müdafiəçi ilə 2025-ci ilədək nəzərdə tutulan hazırkı müqavilə tezliklə yenilənəcək.

Qeyd edək ki, 2019-cu ildən "Real"ın formasını geyinən Mendinin "Transfermarkt"dakı qiyməti 20 milyon avrodur.