"Real" Naço Fernandesi yola saldı

"Real" Naço Fernandeslə yola davam etməmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, madridlilər mərkəz müdafiəçisi ilə yolları ayırıblar.

Kral klubu ona təşəkkürünü bildirib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Naço "Real"ın yetirməsidir.

O, 2012-ci ildən əsas komandanın şərəfini qoruyurdu. 

İndiyədək 364 oyuna çıxan Fernandes 16 qol və 10 asistlə yadda qalıb.