"Real Sosiedad"ın müdafiəçisi Aleks Sola komandasını dəyişib
"Real Sosiedad"ın ispaniyalı müdafiəçisi Aleks Solanın yeni komandası məlum olub.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, futbolçu karyerasını digər La Liqa təmsilçisi "Xetafe"də davam etdirəcək.
Paytaxt klubu Sola ilə 3 illik müqavilə bağlayıb.Oyunçu ötən mövsümü icarə əsasında "Alaves"də keçirib.
Qeyd edək ki, 2023/2024 sezonunda Bask klubu ilə 35 oyuna çıxan Sola 4 asistlə yadda qalıb.