"Real" yeni mövsümün formasını təqdim edib
Madrid "Real"ı yeni mövsümdə geyinəcəyi formanı təqdim edib.
Sportline.az xəbər verir ki, Kral klubunun futbolçuları 2024/2025 mövsümündə də ənənəvi rəngə uyğun qiyafədə olacaqlar.
Minimalist üslubda hazırlanan formalarda ağ rəngə xırda qara rəngli detallar əlavə olunub.
Xatırladaq ki, son mövsümü çempion kimi başa vuran "Real" Çempionlar Liqasının kubokunu da başı üzərinə qaldırıb.
