"Real"da koronavirus təhlükəsi varmı?

"Real"ın bütün oyunçuları və işçiləri koronavirus testindən keçiblər.

Sportline.az ESPN-ə istinadən xəbər verir ki, testlərin hamısnın cavabı mənfi çıxıb.

Madrid klubu isə rəsmi "Tvitter" səhifəsi vasitəsi ilə mayın 11-dən məşqləri bərpa edəcəyini açıqlayıb.