"Real"da yeni müqavilə
"Real Madrid"in mətbuat xidməti sağ cinah müdafiəçisi Lukas Vaskeslə müqavilənin uzadıldığını açıqlayıb.
Sportline.az xəbər verir ki, 33 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Kral klubunun yetirməsi olan Vaskes 2010-cu ildən əsas komandada çıxış edir.
2023/2024 mövsümündə bütün turnirlər daxil olmaqla 38 oyuna çıxan ispaniyalı bu görüşlərdə 3 qo və 8 asistlə yadda qalıb.
Qeyd edə ki, Lukas Vaskes "Real Madrid"in heyətində 5 dəfə Çempionlar Liqasının, 4 dəfə La Liqanın və 1 dəfə İspaniya Kubokunun qalibi olub.