"Real"ın heyətində İspaniya çempionu olan futboçu 4-cü liqada oynayacaq

"Real" Madrid və "Napoli"nin keçmiş hücumçusu Jose Kalyexon karyerasını 4-cü liqa klublarından "Marbelya"da davam etdirəcək.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, tərəflər arasında 2025-ci ilə qədər razılıq əldə olunub.

37 yaşlı futbolçu 2011/2012 mövsümündə "Kral klubu" ilə La Liqanın, "Napoli"nin heyətində isə 2 dəfə İtaliya kubokunun qalibi olub.

Futbolçu son iki mövsümü "Qranada"da keçirib. 

Qeyd edək ki, 2023/2024 sezonunda Əndəlüs klubunun heyətində 25 oyuna çıxan vinqer aktivinə 1 asist yazdırıb.