"Real"ın super ulduzu 1 ay yaşıl meydanlardan uzaq qalacaq
"Real"ın ingiltərəli yarımmüdafiəçisi Cud Bellingem bu gün keçirilən məşqdə zədələnib.
Sportline.az xəbər verir ki, bu barədə "Kral klubu"nun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı ulduz futbolçunun sağ ayağında plantar fasiit diaqnozu qoyulub. Onun 1 ay sonra geri dönəcəyi təxmin edilir.
Qeyd edək ki, Madrid "Real"ı bazar günü "Real Valyadolid"ə qarşı bu mövsüm ilk ev oyununu keçirəcək. Bellinqem bu mövsüm iştirak etdiyi 2 oyunda 1 asistlə yadda qalıb.