Rio-2016: Avarçəkənimiz yarımfinalda
Olimpiadanın növbəti günündə avarçəkmə yarışları davam edib. SportLine.az xəbər verir ki, bu növdə daha bir təmsilçimiz - Yure Meqliç mübarizə aparıb.
Bir nəfərlik kayakda yarışa qatılan idmançımız iki keçid edib.
İlk mərhələdə finişə 93.12 saniyəyə çatan avarçəkənimizin nəticəsinə cərimələndiyi üçün daha iki saniyə əlavə edilib. Beləliklə, ilk mərhələ üçün Yure Meqliçin nəticəsi 95.12 saniyə olub. Bununla da avarçəkənimiz birinci mərhələni 21 iştirakçı arasında 14-cü tamamlayıb.
İkinci mərhələ isə təmsilçimiz üçün daha uğurlu alınıb. Bu dəfə 90.70 saniyə nəticə göstərən Meqliç 8-ci olub. Ümumi nəticədə 11-ci olan idmançımız ilk "15-liy"ə düşməklə yarımfinala vəsiqəni təmin edib.