Rio-2016: Uşanqi Kokauri 1/8 finalda uduzdu

Rio-2016 Yay Olimpiya Oyunlarının növbəti günündə cüdo yarışlarına yekun vurulacaq. SportLine.az xəbər verir ki, bu növdəki sonuncu təmsilçimiz - Uşanqi Kokauri bu gün tatamiyə çıxıb.

100 kq çəki dərəcəsində yarışan idmançımız mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Onun ilk rəqibi Latviya cüdoçusu Arturs Nikiforenko olub.

Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala adlayıb. Cüdoçumuz 1/4 finala vəsiqə uğrunda Hisayoşi Harasava ilə qarşılaşıb. Təəssüf ki, təmsilçimiz uğurun davamını gətirə bilməyib.