Rişarlison evinə qayıdır

"Tottenhem"in brazilyalı futbolçusu Rişarlison mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az "Give Me Sport"a istinadən xəbər verir ki, "Everton" Rişarlisonu heyətinə qatmağı planlaşdırır.

27 yaşlı futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə 25 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Rişarlison bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 5 qol 1 asistlə yadda qalıb.

Onun "Tottenhem"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Xatırldaq ki, Rişarlison 2018-2022-ci illər ərzində "Everton"da çıxış edib.