Rıza Çalımbay üzr istədi
"Beşiktaş"dan ayrılan Rıza Çalımbay qolkiper Mərt Günokadan üzr istəyib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis "Alanyaspor" matçında qolkiperə "Sən necə qolkipersən ? Qarşındakı topu vuracaqsan gedəcək. Bu qədər asan bir şeyi bacarmayacaq qədər acizsə?",-demişdi.
Bu gün təşkil olunan mətbuat konfransında Rıza Çalımbay :"Mərtdən üzr isəyirəm. Matçda çox aqresiv idim və özümdən aslı olmadan bu ifadələri işlətdim. Çox xarakterli və mükəmməl karyeraya sahib bir qolkiperdir",-deyib.
Qeyd edək ki, Rıza Çalımbay futbolçuluq illərdinən bu yana "Beşiktaş"lı olduğunu lazım olarsa yenidən əlindən gələni edəcəyini bildirib.