Robinyo üçün həbs tələb edilir

Braziliyanın Qadın, Ailə və İnsan Hüquqları üzrə naziri Damares Alves “Real”ın sabiq futbolçusu Robinyonun həbs edilməsini tələb edib.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bunları deyib:

“Robinyo dərhal həbsxanaya atılmalıdır. Artıq deyiləcək bir şey yoxdur. Müraciət etmək hələ də mümkündür. Amma səslər insanlara sızdırılıb. Daha nə istəyirsiniz? Heç bir təcavüzkar alqışlanmamalıdır. O şəxs futbola qayıtmaq, qəhramanlıq göstərmək istəyir”.

Robinyo və daha 5 şəxs 22 yaşlı alban qıza  təcavüz etməkdə şübhəli bilindiyi üçün onlar haqqında 9 illik həbs qərarı verilmişdi. Futbolçu isə günahsız olduğunu  apellyasiya şikayət verəcəyini deyib. 

Qeyd edək ki, Robinyo 11 oktyabr “Santos”la müqavilə imzalasa da, 6 gün  sonra məhkəmə işlərinə görə sözləşmə  qarşılıqlı razılaşma əsasında ləğv edilib.