Romero “Tottenhem”dən ayrılmaq istəyir

“Tottenhem”in müdafiəçisi Kristian Romero karyerasını London klubunda davam etdirmək niyyətində deyil.

Sportline.az “Bild” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Roberto De Zerbinin argentinalı müdafiəçini komandasında görmək istəməsinə baxmayaraq, Romero “Tottenhem”dən ayrılmaq qərarındadır.

Bundan əlavə “Barselona” və “Atletiko Madrid” 27 yaşlı Argentina millisinin üzvünün növbəti addımını yaxından izləyir və onun transferi ilə bağlı vəziyyəti diqqətdə saxlayır.

İtaliya klubları da Kristian Romeronu heyətinə qatmaqda maraqlıdır. Lakin hazırda transferin ümumi maliyyə dəyərinin yüksək olması səbəbindən bu keçidin reallaşması çətin görünür.

Qeyd edək ki, argentinalı müdafiəçi 2021-dən “Totenhem”in şərəfini qoruyur . O ötən mövsüm çıxdığı 32 matçda 6 qol 3 asistlə yadda qalıb. 

Banner