"Ronaldo bombardir ola bilər"

"Real" və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının bombardiri kimin ola biləcəyi ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında maraqlı fikirlər səsləndirib. Kasilyas Portuqaliya millisinin 37 yaşlı kapitanının da bombardir ola biləcəyini düşünür:

“Bu çətin sualdır. Deyərdim ki, “Qızıl buts” Benzemaya düşəcək, lakin onun zədəsi ilə bağlı son xəbərlərdən sonra bu, mümkünsüz olub. Neymar və ya Messi mükafatın sahibi ola bilər. Həm də Kristiano. Deyəsən, Ronaldo turnirə qonaq kimi gəlmişdi və onun “Mançester Yunayted”də etdiyi hər şeydən sonra insanlar onunla hesablaşmır, amma mən Kriştianonu seçərdim. İnsanlar Ronaldo haqqında danışanda onun etdiklərini unudurlar. Mən həmişə onun komandamda olmasını istəyirdim. Kristiano hələ də ən yüksək səviyyədə oynaya bilər”.