Ronaldo "Əl-Nəsr"də qalacaq
Kriştiano Ronaldo “Əl-Nəsr”lə yeni müqavilə imzalayacaq.
Sportline.az xəbər verir ki, insayder Fabrisio Romano Kriştiano Ronaldonun “Əl-Nəsr” klubu ilə yeni müqavilə imzalamağa çox yaxın olduğunu yazıb.
Artıq tərəflər arasında razılıq əldə olunub, hazırda rəsmi sənədlər yoxlanılır və son detallar müzakirə olunur.
Yeni müqaviləyə əsasən, portuqaliyalı superulduz ən azı 2027-ci ilin yayına qədər Səudiyyə Ərəbistanında qalacaq.
Müqavilənin müddəti ilə bağlı son qərarın – 1 və ya 2 illik olmasının – tezliklə verilməsi gözlənilir. Ronaldo istədiyi halda müqavilə iyun 2027-yə qədər uzadıla bilər.