Ronaldo özünü yeni idman növündə sınayır
Kriştianu Ronaldu Sinqapurda keçirilən padel tennisi turnirinə qatılıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, son illər maraqla qarşılanan bu idman növündə özünü sınayan portuqaliyalı ulduz burada da fanatlarını sevindirib.
Ronaldosevərlər onun bu idman növündə də dünyanın ən yaxşısı olduğuna inanırlar.
Qeyd edək ki, Ronaldonun Sinqapura səfəri məhz bu idman növünə olan marağından irəli gəlir.