Ronaldo qayıdışını qolla qeyd elədi
Kriştiano Ronaldo 3 oyunluq boykotdan sonra "Əl-Nəsr"in heyətində meydana çıxıb.
Sportline.az xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı Pro Liqanın 22-ci turu çərçivəsində "Əl-Fateh"lə matçın start heyətinə yer alıb.
Ronaldo qayıdışını qolla qeyd edib. O, 18-ci dəqiqədə Sadio Manenin ötürməsini qola çevirməklə matçda hesabı açıb. Qalan dəqiqələrdə daha bir qol vuran “Əl-Nəsr” 2:0 hesablı qələbə qazanıb.
Bununla da komanda xallarının sayını 52-ə çatdırmaqla turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Əl-Nəsr” lider “Əl-Hilal”dan cəmi 1 xal geri qalır.
Xatırladaq ki, Ronaldo komandasının son 3 oyununda (2-si çempionat, 1-i Asiya Çempionlar Liqası) meydana çıxmayıb. Futbolçu bu addımı Səudiyyə Ərəbistanı Suveren Fondunun siyasətinə və klub işçilərinin maaşlarının gecikdirilməsinə etiraz əlaməti olaraq atıb və oyunları boykot edib.