Rudigerdən Həbib Nurmaqomedova maraqlı təklif

Madrid "Real"ının müdafiəçisi Antonio Rudiger məşhur MMA döyüşçüsü Həbib Nurmaqomedovun futbol meydanından paylaşdığı fotoya rəy bildirib.

Sportline.az xəbər verir ki, Almaniya millisinin üzvü sosial şəbəkədəki mesajında zarafatyana tərzdə "Qardaş, bəlkə təkbətək çıxaq?" yazıb.

Həbibin cavabı isə belə olub: "Təkbətək? Bu futbol deyil, MMA-dır. Ehtiyyatlı ol".

Хабиб Нурмагомедов

Xatırladaq ki, Həbib Nurmaqomedov peşəkar arenada keçirdiyi 29 döyüşün hamısını qələbə ilə başa vuraraq, oktaqonu məğlubedilməz kimi tərk edib.