Renat Dadaşov yenə ehtiyatda qaldı

Polşa Ekstraklasasında 27-ci turun oyunları keçirilir. 

Sportline.az xəbər verir ki, milli komandanın hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Motor" səfərdə "Radomyak"la qarşılaşıb.

Dadaşov 1-1 hesabı ilə bitən matçı ehtiyat oyunçular skamyasından izləyib. 

Qeyd edək ki, “Motor” 38 xalla yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

6 aprel

"Radomyak" - "Motor" - 1:1

Qollar: R.Volski, 47 - K.Çubak, 21