Rusiya klubu Belarus çempionatında

Rusiyanın hokkey komandalarından biri Belarus çempionatında iştirak etmək istəyir.

Sportline.az xəbər verir ki, bu haqda Beynəlxalq hokkey forumundakı diskussiyada məlumat yayılıb.

Orada sözügedən məsələ ilə bağlı Belarus Hokkey Federasiyasına müraciət olunduğu bildirilib.

Qurumun rəhbəri Aleksandr Boqdanoviç bütün tələblərə cavab veriləcəyi halda həmin komandanın müraciətinin müsbət cavablandırılacağını deyib.

Qeyd edək ki, hazırda Belarus çempionatında 12 komanda mübarizə aparır.