“Sabah” fransalı futbolçunu transfer edib

"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Akim Zedadka ilə 2 illik müqavilə imzalanıb.

30 yaşlı fransalı oyunçu karyerası ərzində ölkəsində "İstr" (2014-2015), "Lans" (2016-2017), "Sen-Remuaz" (2017-2018), "Marinyan" (2018-2019), "Klermon" (2019-2022), "Lill" (2022-2025), "Oser" (2022-2023), İspaniyada "Saraqosa" (2024), Polşada isə "Pyast"ın (2025) formasını geyinib.

Qeyd edək ki, A.Zedadka "Sabah"da "80" nömrəli formada çıxış edəcək.