"Sabah" klubu 25 yaşlı futbolçu ilə yola davam edəcək

“Sabah” klubu futbolçusu Rəhman Daşdəmirovla müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı müdafiəçi ilə yeni anlaşmanın müddəti 2 illikdir.

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan R.Daşdəmirov 2023-cü ildən komandanın uğurları üçün çalışır.