"Sabah" klubunun ilk yoxlama oyunundakı rəqibi bəlli olub

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah"ın ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib.

 

Sportline.az paytax klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi komanda Rumıniyanın "Rapid" komandasıyla qarşılaşacaq.

 

Görüş yanvarın 9-da, Bakı vaxtı ilə saat 18:00-da "Mardan" İdman Kompleksinin ehtiyat meydanında baş tutacaq.

 

"Sabah"ın Antalyadakı hazırlıq prosesi yanvarın 15-dək davam edəcək. Paytaxt təmsilçisi Türkiyədə daha bir yoxlama matçı keçirməyi planlaşdırır.