"Sabah"ın Avropa Liqasındakı rəqibi futbolçusu ilə yollarını ayırıb

"Sabah" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniya təmsilçisi "Sele" futbolçusu ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sele şəhərinin eyniadlı komandası 25 yaşlı vingeri Alyoşa Matko ilə vidalaşıb. O, Macarıstanın "Uypeşt" kollektivi ilə anlaşıb.

2022-ci ildən "Sele"də çıxış edən Alyoşa Matko bu müddət ərzində 122 oyunda 51 qol vurub.

Qeyd edək ki, "Sabah" “Sele”yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.