"Sabah"ın futbolçusu Bosniya və Herseqovina klubunda

“Sabah”ın ötən ay vidalaşdığı Nyeqoş Kupusoviçin yeni komandası bilinib.

Sportline.az xəbər verir ki, 24 yaşlı hücumçu Bosniya və Herseqovinanın "Radnik" komandasında oynayacaq.

Kuposoviç yeni klubu ilə 2027-ci il mayın 31-nə qədər müqavilə bağlayıb.

Qeyd edək ki, serbiyalı forvard “Sabah”ın heyətində 29 oyun keçirmişdi.