"Sabah"ın yeni baş məşqçisi məlum oldu

“Sabah” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Litvalı mütəxəssis Valdas Dambrauskasla 3 illik müqavilə bağlanıb.

Dambrauskas baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında çalışıb.

Valdas Dambrauskas baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/2021), iki dəfə Litva çempionu (2014/2015, 2015/2016), bir dəfə Latviya Kubokunun (2018/2019), üç dəfə Litva Kubokunun (2014/2015, 2015/2016, 2016/2017), bir dəfə Xorvatiya Kubokunun (2021/2022), iki dəfə Litva Superkubokunun (2015/2016, 2016/2017), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/2022) qalibi olub.