Sabiq "Arsenal"lı "Mançester Yunayted"ə keçə bilər
"Arsenal"ın sabiq qapıçısı Aaron Remzdeyl "Mançester Yunayted"in əsas transfer hədəfinə çevrilib.
Sportline.az "Mirror Football"a istinadən xəbər verir ki, "Mançester Yunayted" ingiltərəli kiper üçün "Sounthempton"la danışıqlara başlayıb.
26 yaşlı futbolçunun transfer qiyməti 25 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Remzdeylin "Sounthempton"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.