Sabiq "Arsenal"lı "Qalatasaray"a keçə bilər
"Arsenal"ın sabiq qapıçısı Aaron Remzdeyl karyerasını "Qalatasaray"da davam etdirə bilər.
Sportline.az "The Times" nəşrinə istinadən xəbər verir ki, "Sounthempton" klubu Remzdeyl üçün 20 milyon avro tələb edir.
27 yaşlı futbolçu Türkiyədə çıxış etmək fikrinə müsbət yanaşır.
Qeyd edək ki, Remzdeylin "Sounthempton"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.