Sabiq "Everton"lu "Liverpul"a keçə bilər
"Eveton"un sabiq futbolçusu Entoni Qordon "Liverpul"a transfer ola bilər.
Sportline.az "Dave OCKOP"a istinadən xəbər verir ki, bu keçid üçün "Liverpul" "Nyukasl Yunayted"ə 60 milyon avro ödəməyə hazırdır.
24 yaşlı futbolçu ötən mövsümü 42 matçda 9 qol 7 asistlə tamamlayıb.
Qeyd edək ki, Qordon "Nyukasl"a, "Everton"dan 45.6 milyon avro qarşılığında transfer olunmuşdu.