Salahla Mahrez mundialda
Misir yığmasının hücumçusu Məhəmməd Salah və Əlcəzair millisinin yarımmüdafiəçisi Riyad Mahrez DÇ-2022 zamanı "beIN Sports"da televiziya eksperti kimi çalışacaqlar.
Sportline.az xəbər verir ki, bu barədə "StadDoha" məlumat yayıb. Hər iki futbolçu Qətərə gedəcək və orada dünya çempionatını işıqlandırmaqda kömək edəcəklər.
Xatırladaq ki, Salah və Mahrezin milli komandaları DÇ-2022-yə vəsiqə qazana bilməyib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.