Saliba "Real Madrid"ə azad agent kimi transfer ola bilər
"Real Madrid"in əsas transfer hədəfi bəlli olub.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Real Madrid" Salibanı heyətinə qatmaq üçün hərəkətə keçib.
Madrid klubu 2027-ci ilin yayında 24 yaşlı futbolçunu azad agent kimi transfer etmək istəyir.
Qeyd edək ki, Salibanın hazırkı dəyəri "Transfermarkt" portalına görə 80 milyon avrodur.