Samet Akaydın komandadan ayrılmaq qərarına gəlib

29 yaşlı müdafiəçi Samet Akaydın "Fənərbağça" rəhbərliyinə ayrılmaq istədiyini deyib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli futbolçunun meneceri AVRO-2024-də çıxış etmək istəyən futbolçu üçün  "sarı-lacivərtlər"dən ayrılmaq istədiyi təqdirdə icazə verilməsini istəyib. 

"Fənərbağça" rəsmiləri Samate Akaydın üçün 3,5 milyon avro ödəməyi qəbul edəcək ilk klubla danışıqlara başlayacaqlarını bildiriblər. 

Qeyd edək ki, Samet Akaydın "Adana Demirspor" klubundan 3,5 milyon avro qarşılığında transfer olunmuşdu.