Sampaoli "Sevilya"dan getdi

İspaniyanın "Sevilya" klubu baş məşqçi Xorxe Sampaoli ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, argentinalı mütəxəssis komandanın ölkə çempionatındakı uğursuz çıxışına görə komandadan göndərilib.

"Sevilya" İspaniya çempionatında 26 turdan sonra 28 xalla 14-cü pillədə qərarlaşıb. Komanda eyni zamanda Avropa Liqasında "Fənərbağça"nı mübarizədən kənarlaşdıraraq 1/4 finalda "Mançester Yunayted"ə rəqib olub.