Sanço İtaliya nəhənginin radarına düşüb

"Yuventus" "Mançester Yunayted"in ingiltərəli futbolçusu Ceydon Sançonu heyətinə qatmaq niyyətindədir.

Sportline.az jurnalist Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, Turin klubu Sanço üçün "Mançester Yunayted"lə görüşmələrə başlayıb.

25 yaşlı sol cinah vingeri ötən mövsümü "Çelsi"də icarə əsasında keçirib. O, meydana çıxdığı 42 matçda 5 qol 10 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Sançonun transfer qiyməti 30 milyon avrodur.