Santuş: "Azərbaycana uduzmaq barədə düşünmürük"
“Azərbaycanın futbolçuların tək-tək təhlil etməmişik. Rəqibin güclü baş məşqçisinin olduğunu bilirik. Fikrimiz, oyunda olacaq, nəinki rəqibin tək-tək futbolçularında".
Sportline.az saytının məlumatına görə, bunu Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunöncəsi təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis sabah Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmaya yaxşı hazırlaşdıqlarını söyləyib: “Azərbaycan xüsusən də, müdafiədə yaxşı oynayır. Amma yarımmüdafiə xəttində də güclüdürlər. Çalışacağıq sabah yaxşı təşkilatlanmış komanda kimi oynayaq. Azərbaycan yarımmüdafiə xəttində pis təsir bağışlamırlar. Bəzən müdafiədə 6-7 futbolçu yer alır. Bununla belə, heyətdə yaradıcı oyunçuları da var. İstənilən vəziyyətə hazırıq. Sabah da meydana bu düşüncə ilə çıxacağıq".
Santuş ehtiyatı əldən verməyəcəklərini dilə gətirib: "Baş məşqçi Canni de Byazi Albaniyanı AÇ-2016-ya daşımış mütəxəssisdir. O, heç vaxt böyük hesabla uduzmayıb. Bu komandası da tam müdafiəyə qapanmır. Rəqibimiz Serbiya və İrlandiya ilə matçlarda bacarıqlı komanda olduğunu göstərdi”.
Portuqaliyanın baş məşqçisi Bakıya qələbə üçün gəldiklərini gizlətməyib: “Azərbaycana uduzmaq barədə düşünmürük. Hər şey son turda həll olunacaq. Bizi 4 final oyunu gözləyir. Sonda qrupun iki ən güclüsü üz-üzə gələcək. Həmin matçadək xal itirməməliyik. Bütün qarşılaşmalara final kimi baxmalıyıq ki, istəyimizə çataq”.