"Səbail"də yeni məşqçi
"Səbail" komandasına yeni məşqçi təyin edilib.
Bu barədə Sportline.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Söhbət Azər Məmmədovdan gedir.
47 yaşlı mütəxəssis baş məşqçi Şahin Diniyevin köməkçisi olacaq.
Qeyd edək ki, son olaraq "Kəpəz"də işləyən Azər Məmmədov noyabrın əvvəlində baş məşqçi postundan istefa vermişdi.