Seçmə komandamız Antalyaya yollanacaq

Stolüstü tennisçilərimizi qarşıda daha bir beynəlxalq yarış gözləyir.

Bu haqda Sportline.az saytına seçmə komandanın məşqçisi Elnur Hidayətzadə məlumat verib.

Onun sözlərinə görə, yeniyetmələrdən ibarət komanda martın 19-da Türkiyənin Antalya şəhərində başlanacaq “Pro-Tur” yarışına qatılacaq.

Martın 25-dək davam edəcək turnirdə 6-sı qız, 4-ü oğlan olmaqla 10 stolüstü tennisçimiz bacarığını göstərəcək.

Elnur Hidayətzadə komandanın sözügedən yarışa ciddi hazırlaşdığını və uğurlu nəticələrə ümid bəslədiklərini vurğulayıb.