Sedrik Suares karyerasını Türkiyə Super liqasında davam etdirə bilər

"Arsenal" klubunda çıxış edn 32 yaşlı Sedrik Suares Türkiyə Super liqasında çıxış edə bilər. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Beşiktaş" klubu mövsüm sonunda "Arsenal"la müqaviləsi bitən portuqaliyalı sağ cinah müdafiəçisini transfer etmək qərarına gəlib. "Qara-qartallar" Sedrik Suaresin sərbəst qalma məbləğini ödəmək istəmədiyi üçün mövsüm sonundək gözləyəcəklərini bildiriblər. 

Sedrik Suares Türkiyə Super liqası haqqında danışarkən :"Son zamanlarda ulduz futbolçuları transfer edirlər. Böyük klublar var və İkardi, Dzeko kimi futbolçulala rəqib olmaq xoş olar",-deyib.

Qeyd edək ki, "Beşiktaş" Sedrik Suaresdə əlavə olaraq, "Trabzonspor"da çıxış edən Bakasetası da transfer etmək niyyətindədir.