“Seltik” Radek Vitek üçün “Mançester Yunayted”ə elçi düşdü
Şotlandiyanın “Seltik” klubu yay transfer pəncərəsində “Mançester Yunayted”in qapıçısı Radek Viteki heyətinə qatmaqda maraqlıdır.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi ötən mövsümü “Bristol Siti”də icarə əsasında keçirən və uğurlu çıxışı ilə diqqət çəkən 22 yaşlı qolkiperi satmağı planlaşdırır.
Vitek uğrunda mübarizədə “Hall Siti” də yer alır. Gənc qapıçının “Old Trafford” təmsilçisi ilə müqaviləsinin bitməsinə isə daha iki il qalıb.