Simeonenin intim mövzuda cavabı gülüşə səbəb olub
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone komandanın futbolçularının intim həyatı barədə sualı cavablandırıb.
Sportline.az "COPE"yə istinadla xəbər verir ki, o jurnalistin "Araşdırmalar göstərir ki, ispanlar il ərzində 56 dəfə sekslə məşğul olurlar. Siz bu anlamda ispaniyalısız, ya argentinalı?" sualına belə cavab verib.
– Nə qədər dediniz? 56 dəfə... Aya təxminən 4 dəfə... Əgər ayda cəmi 4 dəfə məşğul olursansa mənim komandamda oynaya bilməzsən. Bu baxımdan bizim futbolçuların göstəriciləri yaxşıdır.
Argentinalı mütəxəssisin bu cavabı gülüşə səbəb olub.