Serbiyalı basketbolçu 32 yaşında vəfat edib

Yunanıstanın AEK klubunda çıxış edən serbiyalı basketbolçu Stevan Yelovats dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, idmançı insult keçirdikdən sonra 32 yaşında vəfat edib.

Yelovats noyabrın 14-də məşq zamanı huşunu itirib. O, fərdi proqramda məşqlər edib və topuqdakı zədə ucbatından iki həftə oynamayıb.

Xəstəxanaya çatdırılaraq reanimasiyaya yerləşdirilən basketbolçu bir neçə gün əvvəl ailəsinin xahişi ilə Serbiyaya aparılmışdı.