Serbiyalı futbolçular ölkə prezidentindən aldıqları məbləği xeyriyyə üçün sərf edib

Serbiya millisinin futbolçuları 2022-ci ildəki dünya çempionatına vəsiqə əldə etdikdən sonra qazandıqları məbləği fonda ianə ediblər.

Sportline.az "B92" nəşrinə istinadən xəbər verir ki, oyunçular xəstə uşaqlara yardım məqsədi ilə könüllü olaraq bu addımı atıblar.

Ölkə prezidenti Aleksandar Vuçiç onlara 1 milyon avro mükafat vəd edib. Məbləğ artıq Serbiya Futbol İttifaqının hesabına köçürülüb və bunun xeyriyyə məqsədlərinə yönəldilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan millisi ilə birlikdə A qrupunda mübarizə aparan Serbiya yığması son turda səfərdə Portuqaliyanı 2:1 hesabı ilə məğlub edərək final mərhələsinə birbaşa vəsiqə əldə edib.