Serbiyanın baş məşqçisi: "Qələbə qazanmaq lazımdır"

Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri DÇ-2022-nin seçmə oyunundan öncə mətbuat konfransında çıxış edib. 

Sportline.az xəbər verir ki, 56 yaşlı mütəxəssis qarşıdakı matçda da qələbə qazanmağın vacib olduğunu vurğulayıb::

"Futbol çox dəyişib, hamı yaxşı futbol sərgiləyir. Qələbə qazanmaq lazımdır. Bu isə heç də asan deyil".

Qeyd edək ki, oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.