Sertan Taşkın Türkiyə klubunda
“Turan Tovuz” bir futbolçusu ilə yollarını ayırıb.
Sportline.az matç.az-a istinadla xəbər verir ki, müdafiəçi Sertan Taşkın karyerasını Türkiyədə davam etdirəcək.
26 yaşlı cinah oyunçusu mövsümün ikinci yarısından “Manisaspor”un formasını geyinəcək.
Tovuz təmsilçisi bu transferdən təzminat alıb.
Onun TFF I Liqa klubu ilə 2 illik müqavilə bağlayacağı bildirilir.
Qeyd edək ki, Sertan Taşkın “Turan Tovuz”a mövsümün əvvəlində “Zirə”dən transfer olunmuşdu.