Serxio Ramos birinci oldu

"France Football" nəşri oxucuları arasında yeni sorğu keçirib.

Sportline.az xəbər verir ki, sorğuda futbol azarkeşlərindən "Real"ın kapitanı Serxio Ramosun indiyə kimi ən yaxşı mərkəz müdafiəçisi olub-olmadığı soruşulub. Anket iştirakçılarının 62 faizi bu suala müsbət cavab verib.

Qeyd edək ki, 34 yaşlı Ramos Madrid təmsilçisi ilə 22 kubok qazanıb: 5 İspaniya çempionluğu, ölkənin 2 kubok və 4 superkuboku, 4 Çempionlar Liqası, 3 UEFA Superkuboku və 4 klublararası dünya kuboku. O, İspaniya millisinin tərkibində dünya çempionu və ikiqat Avropa çempionu olub.