Səudiyyə Ərəbistanı Super Kubok oyununda Mustafa Kamal Atatürk pankartlarına icazə verməyib

Səudiyyə Ərəbistanı rəsmiləri bu gecə  keçiriləcək Türkiyə Super Kuboku matçında stadiona Mustafa Kamal Atatürk pankartlarının buraxılmasına icazə verməyəcəyini açıqlayıblar.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə Futbol Federassiyası məsələ ilə bağlı təcili iclas tələb edib və bu hadisəni qəbul edilməz adlandırıb. 

"Fənərbağça" və "Qalatasaray" klubunun rəsmiləri bir araya gələrək pankartların stadiona buraxılmasına icazə verilməyəcəyi təqdirdə meydana çıxmayacaqlarını açıqlayıblar. "Fənərbağça" klubunun prezidenti Ali Koç açıqlamasında :"Bu bizim üçün təhqir sayılır. İcazə verməyəcəklərini daha öncədən deməli idilər. Əgər iclasda bu məsələni həll etməsələr meydana çıxmayacağımızdan əmin olun",-deyib. 

Qeyd edək ki, "Qalatasaray"-"Fənərbağça" matçı Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.