"Sevilya" "Betis"ə belə qalib gəldi

Futbol üzrə İspaniya La Liqasında mövsüm bərpa olunub. 

Sportline.az xəbər verir ki, 28-ci turun ilk oyun günündə "Sevilya" "Betis"ə 2-0 hesabı ilə qalib gəlib.

56-cı dəqiqədə Lukas Okampos penaltini dəqiq yerinə yetirib. 62-ci dəqiqədə isə Fernando ikinci qolu vurub.

Xal sayını 50-yə çatdıran "Sevilya", 3-cü pillədə möhkəmlənib. "Betis" isə 33 xalla 12-cidir.

 

Banner